Azərbaycanda yol qəzası: 3 nəfər yaralandı

Ucar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.  
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı - Qazax yolunun 234-cü kilometrliyində qeydə alınıb. Gürcüstan vətəndaşı, 1990-cı il təvəllüdlü Xəlilov Asif Vahid oğlunun idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə Ucar rayon Bağman kənd sakini, 1963-cü il təvəllüdlü Əliyev Aslan Qulammirzə oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə toqquşub.
Nəticədə hər iki sürücü və "VAZ-21011"in sərnişini, 1979-cu il təvəllüdlü Salmanov Bəhruz Vəli oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31