Bakıda 25 yaşlı gənc qətlə yetirildi

Bakının Nərimanov rayonunda qətl olub. 
Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Xətai prospektində 25 yaşlı İlhamiz Əhmədov Nəsimi rayon sakini, 26 yaşlı Elnur Novruzov tərəfindən bıçaqlanıb.
Ağır xəsarətlərlə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilən İ.Əhmədov orada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirilmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (126.3) maddəsi ilə cinayət işi başlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31