Azərbaycanda yanacaq daşıyan maşın aşdı, tələbələr evakuasiya edildi
Hadisə Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib
28 Noyabr 2012 10:44 KriminalSabirabad rayon Suqovuşan kəndi yaxınlığında maye qaz daşıyan yük maşını aşıb. Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayon Regional Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.
Yanacaqdoldurma məntəqəsinə yanacaq doldurmaq üçün girən yük maşını çuxura düşüb. Yük maşını yaxınlıqdan keçən qaz kəmərini də dağıdıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xialsediciləri, yanğınsöndürənlər, eləcə də, polis və təcili tibbi yardım həkimləri cəlb olunub.
Dərhal əraziyə verilən təbii qaz dayandırılıb və kəmər bərpa olunub. Təhlükəsizlik tədbirləti üçün yaxınlığdakı kollecdə tələbələr təhlükəsiz əraziyə evakuasiya edildi. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.