Azərbaycana qaçaqmalçılıq yolu ilə mobil telefon gətirilməsinin qarşısı alınıb
27 Noyabr 2012 18:13 KriminalAzərbaycana qaçaqmalçılıq yolu ilə mobil telefon gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Maqamedali Nəsibovun idarə etdiyi "Mercedes Benz Sprinter 416 CDİ" markalı sərnişin mikroavtobusuna gömrük baxışı keçirilib.
Baxış zamanı həmin avtobusun salonunda, gömrük nəzarətindən gizlədilmiş şəkildə "Nokia" və "Samsung" markalı cəmi 95 ədəd mobil telefon (müxtəlif modelli) və müxtəlif mobil telefonlara aid aksesuarlar - 95 ədəd karton qutu, 92 ədəd akkumulyator, 92 ədəd qidalandırma cihazı və 63 ədəd "qulaqcıq" aşkar edilərək saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31