Bakıda "Jiquli" qənimləri həbs edildilər

Paytaxt ərazisində bir gecədə 3 avtomobil qarət olunub.

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, noyabrın 26-na keçən gecə G.Şıxlınski küçəsində yaşayan İlham Nəsibova məxsus "VAZ-2103" markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə sükan və maqnitafon, general Mehmandarov küçəsində yaşayan Bahadur Məhərrəmova məxsus "VAZ-2107" markalı avtomobildən səsgücləndiricilər, K.Kərimov küçəsində yaşayan Elmir İbrahimova məxsus "VAZ-2107" markalı avtomobildən arxa şüşə, səsgücləndiricilər və maqnitafon oğurlanaraq Bakı şəhər sakini Orxan Zeynalova məxsus "VAZ-2103" markalı avtomobilə yığılıb.

Xətai Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, 35 və 37-ci polis bölmələrinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, O.Zeynalov, Bakı şəhər sakinləri Tahir Namazov və Rəvan Əhmədov tutulublar. Müəyyən edilib ki, onlar noyabrın 16-na keçən gecə A.Qərib küçəsində Bakı şəhər sakini Yaşar Quliyevə məxsus "VAZ-2106" markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə maqnitafon və səsgücləndiricilər oğurlayıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31