Bakıda qeyri-qanuni futbol mərc oyunları keçirilən çayxana aşkarlandı

Çay evindən oyunlarda istifadə olunan komputerin prosessoru və 130 manat pul aşkar edilərək götürülüb

Bakının Xətai rayonu ərazisində qanunsuz futbol mərcxana aşkar edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İsmayıllı rayon sakini Elşən Qasımov Xətai rayonu ərazisindəki "Meşə" çay evində qanunsuz futbol mərc oyunları təşkil edildiyi müəyyən edilib. Çay evindən oyunlarda istifadə olunan kompyuterin prosessoru və 130 manat pul aşkar edilərək götürülüb.Qeyd edək ki, qanunsuz mərc oyunları keçirilən yer Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31