Narkomafiyanın qadın üzvü yaxalandı
27 Noyabr 2012 12:39 KriminalBakıda narkomafiyanın qadın əməkdaşı ələ keçib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Narkobiznesmen qadın paytaxtın Nəsimi rayonu ərazisində yaxalanıb. Nəsimi RPİ CAŞ və 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psiхotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saхlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə aхtarışda olan Səidə İmanova noyabrın 26-da yaхalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31