Bakıda mənzildən küllü miqdarda oğurluq edildi

Bakıda mənzildən küllü miqdarda oğurluq olub. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə noyabrın 17-də R.Məmmədov küçəsində baş verib. Həmin küçədə yaşayan Ülfət Kazımovun mənzilindən açıq qapıdan keçməklə 1900 manat, 1000 ABŞ dolları, videokamera, fotoaparat və qızıl üzük oğurlanıb. Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Səmədov noyabrın 26-da tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31