Bakıda evi qarət edən oğru ev sahibini yaraladı

Bakıda mənzili qarət edən şəxs ev sahibinə xəsarət yetirib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə noyabrın 18-də paytaxtın Səbail rayonu ərazisində baş verib. Naməlum şəхs Zərgərpalan küçəsində yaşayan Aliyə Mahmudzadənin mənzilinə açıq qapıdan daхil olmaqla oğurluğa cəhd edərkən ev sahibi ilə üzləşib. Ev sahibinin onu tanımaması üçün həmin şəxs  ona kəsici və küt alətlə хəsarət yetirərək qaçıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Rüfət Allahverdiyev noyabrın 26-da tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31