Minik avtomobili qəza törədib

Xəsarət alanlar var

Bakı şəhəri, Qaradağ rayonunda "VAZ" markalı minik avtomobili yol qəza hadisəsi törədib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olub ki,  minik avtomobilində olan 2 nəfər xəsarət alaraq  xəstəxanaya aparılıb.  Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 23:34-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31