Bakıda insanlığa sığmayan cinayət

Cinayətkar əlilə də qarşı amansız oldu

Bakının Suraxanı rayonunda insanlığa yaraşmayan cinayət törədilib. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən Yeni Günəşli qəsəbəsi, "E" massivində yerləşən qarışıq mallar dükanına basqın edilib.Naməlum şəxs dükanın sahibi, 1-ci qrup əlil olan Rasim Yusibova zor tətbiq edərək 150 manat pul, siqaretlər və mobil telefonu götürərək qaçıb.Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31