Gülər Əhmədovanın sabiq köməkçisi Respublika Prokurorluğunda dindirildi

"Dindirilmə məlum videogörüntülərlə bağlı oldu".
Gülər Əhmədovanın keçmiş köməkçisi Əhməd Şahidov Respublika Prokurorluğunda dindirilib. Bu barədə məlumatı AzNews.az-a Ə.Şahidovun özü deyib.
Ə.Şahidov bildirib ki, dindirilmə məlum video qalmaqalı ilə bağlı olub: "Həcc ziyarətindən qayıtdıqdan sonra məni prokurorluğa dəvət edərək dindirdilər. Dindirilmə məlum videogörüntülərlə bağlı oldu".
O, keçmiş millət vəkili ilə münasibətlərinin davam etdiyini deyib: "Artıq Gülər Əhmədovanın köməkçisi deyiləm. Ancaq münasibətlərimiz davam edir, zəngləşirik, səhhəti ilə maraqlanıram".
Ə.Şahidov "Mərkəz" qəzeti ilə əməkdaşlığının da tamamilə kəsilmədiyini vurğulayıb: "Redaksiyada əmək haqlarının verilməsində müəyyən gecikmələr ola bilər. Bildiyimə görə bundan başqa heç bir problem yoxdur. Amma çoxdandır ki, qəzetə köşə yazıları yazmıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31