Bakıda müdhiş oğurluq, ARDNŞ-ın qaz anbarına gedən kabel oğurlandı

Bakıda müdhiş oğurluq hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a  Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Hadisə noyabrın 24-nə keçən gecə Ələt qəsəbəsində baş verib. Dövlət Neft Şirkətinə məхsus, yeraltı qazsaхlama anbarı ilə yarımstansiyasını birləşdirən 1500 metr elektrik kabeli kəsilərək oğurlanıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ələt qəsəbə sakinləri Elvin Səmədov, Elvin Əbilov, Vüqar Bəşirov, Elmar Qədimov, Şəhriyar Babayev, Cəfər Cəfərov noyabrın 24-də tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31