Bakıda sərnişin avtobusunun iştirakı ilə ağır qəza olub. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Maştağa - Zabrat yolunda Rəşid Seyidovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Vüsal Qurbanovun idarə etdiyi "Daewoo" markalı 198 saylı xətt avtobusu toqquşub. Nəticədə R.Seyidov aldığı xəsarətlərdən 3 saylı xəstəxanada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31