Londondan Bakıya gələn iş adamı oteldə öldü
26 Noyabr 2012 11:31 KriminalBakıda oteldə qalan xarici ölkə vətəndaşının meyiti tapılıb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, "Austin" otelinin 109-cu nömrəsində Böyük Britaniya vətəndaşı, 1940-cı il təvəllüdlü Mark Cons Mayklın meyiti tapılıb.
Məlumata görə, Mark Cons yaxılıqda, yəni, Azərbaycan prospektində yerləşən "İncotek" şirkəti ilə əməkdaşlıq edirmiş. O, bir neçə gün əvvəl Londondan Bakıya gəlib. Hazırda ölümün səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31