Bakının məşhur ticarət mərkəzində dağıstanlı öldü

Bakının Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində ölüm olub. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Binə ticarət mərkəzində 56 yaşlı Dağıstan vətəndaşı Əhmədxan İbrahimov dünyasını dəyişib. Ticarət mərkəzində bazarlıq edən Ə.İbrahimov qəflətən yıxılıb və ölüb.
Onun ölümünün səbəbi dəqiq məlum olmasa da, ürək tutmasından dünyasını dəyişməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31