Azərbaycanlılarla şimali qafqazlılar arasındakı atışma ilə bağlı cinayət işi açılıb
İnsidentdə 50 yaşlı kişi öldürülüb
26 Noyabr 2012 09:37 KriminalMoskvanın Dekabristov küçəsindəki restoranın yanında bir qrup azərbaycanlı ilə şimali qafqazlı arasında baş vermiş atışma olayına dair Rusiya hüquq-mühafizə orqanı cinayət işi açıb.APA-nın "gazeta.ru" saytına istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsi bildirib ki, "qətl", "sui-qəsd" və "qanunsuz silah əldə edilməsi" maddələri üzrə cinayət işi açılıb.Qeyd edək ki, Moskvanın Dekabristov küçəsində restoranın qarşısında qrup azərbaycanlı və şimali qafqazlılar arasında əvvəl dava düşüb sonra atışma baş verib.Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib: "İnsidentdə iştirak edən bir nəfər 50 yaşlı kişiyə odlu silahdan bir necə dəfə atəş açaraq onu öldürüb. Daha iki yaralı xəstəxanaya çatdırılıb. Hadisədə 10-15 nəfər iştirak edib".