Azərbaycanda güclü yanğın 8 ailəni evsiz qoydu

Şəkidə yanğın olub

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Məmməd Əmin Rəsulzadə küçəsi 108-də saat 17 radələrində baş verib. Yanğın Şəki İpək kombinatının keçmişdə barama anbarı kimi fəaliyyət göstərən, hazırda isə  insanların məskunlaşdıqları binada başlayıb. Alovlar bir anda əhatəsi 370 kvadrat metr olan binanı öz cənginə alıb. Həmçinin binanın köhnə və təmirsiz olması da yanğının qısa bir müddətdə yayılmasına gətirib çıxarıb.Burada 8 ailə yaşayırdı.Dərhal bina sakinləri təxliyə ediliblər. Yanğın nəticəsində bina tamamilə yararsız vəziyyətə düşüb. Həmçinin binanın daxilindəki bütün əşyalar da yanaraq külə dönüb. Dərhal hadisə yerinə yanğından mühafizə idarəsinin əməkdaşları gəliblər. Yanğının əhatəsi geniş olduğundan hadisə yerinə 3 yanğınsöndürmə briqadası gəlb olunub.Yanğınsöndürənlərin səyi nəticəsində yanğın nəzarət altına alınıb və bir saat ərzində söndürülüb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik bəlli deyil, araşdırma davam edir. Faktla bağlı yanğından mühafizə idarəsində araşdırma başladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31