Samir Piriyev silikonsuz qız axtarır
26 Noyabr 2012 09:17 KriminalTanınmış estrada müğənnisi Samir Piriyev yeni oxuduğu "Bir filmin sonu" mahnısının klipi üçün iki xanım axtarır.Özü də, digər həmkarlarından fərqli olaraq Samir Piriyev klipinə silikonsuz və plastik operasiya etdirməyən, təbii gözəlliyi olan qızları çəkmək istəyir. Müğənni hətta bu haqda Facebook sosial şəbəkəsində də qeyd edib.Piriyev Milli.Az-a bunları açıqladı: "Bu klipdə real həyatdan götürülən elə səhnələr var ki, orada süniləşmiş, üz ifadələri olmayan qızlar yaramayacaq. Xahiş edirəm, həmin qızlar məndən inciməsinlər. Amma onları başqa müasir mövzulu kliplərdə çəkmək olar. Sadəcə, mənim bu klipimdə rejissor təbii gözəlliyi olan iki qız çəkmək istəyir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31