Azərbaycan-Rusiya sərhədi yaxınlığında atışma: 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Hadisə yerində əməliyyatçılar və müstəntiqlər işləyir

Dağıstanın Məhərrəmkənd rayonunda taksi sürücüləri əvvəl dava edib. Sonradan bu atışmaya çevrilib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, Dağıstan DİN-i bildirib ki, hadisə Azərbaycan-Rusiya "Tahirkənd-Kazmalyar" sərhəd - keçid məntəqəsinin yaxınlığında baş verib.Bir nəfər odlu silahdan açılan atəş nəticəsində yerindəcə keçinib, o biri xəstəxanada dünyasını dəyişib. İki nəfər yaralanıb.Hadisə yerində əməliyyatçılar və müstəntiqlər işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31