Məşhur şirkətə qarşı yarım milyonluq iddia!
26 Noyabr 2012 09:04 KriminalMəşhur "Xəyal-Holdinq" MMC şirkətinə qarşı böyük məbləğli iddia qaldırılıb. Femida.az-ın məlumatına görə, İskəndər Mirzəyev holdinqdən 455 min manat pul tələb edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi məhkəmə aktını qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.Qeyd edək ki, "Xəyal holdinq" şirkəti 1995-ci ildə Azərbaycanda yaradılan ilk özəl şirkətlərdən biridir. Şirkətin çörək və limonad zavodu, konserv, pivə və tünd içkilər sexi var.Xatırladaq ki, "Xəyal-Holdinq"in prezidenti Fikrət Rəcəbovun meyiti 2006-cı fevralın 9-da Nardarandakı bağ evində asılmış vəziyyətdə tapılıb. Onun intihar etdiyi məlum olub. 2006-cı ildən 2009-cu ilə qədər şirkətin fəaliyyətində passivlik müşahidə olunub.