Azərbaycanda dəhşətli qəza - 3 ölü, 3 yaralı
25 Noyabr 2012 15:26 KriminalQax rayonunda baş verən ağır yol qəzasında üç nəfər ölüb, üç nəfər ağır yaralanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax Rayon Polis Şöbəsindən məlumat verilib.Qəza noyabrın 24-ü, saat 23-00 radələrində Qax-Qum yolunun 6-cı kilometrliyində qeydə alınıb.
Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Nəzərov Akif Zakir oğlu idarə etdiyi "Mercedes-190" markalı, 90 DT 384 dövlət nişan nömrəli avtomobili Süsgən çayı üzərindəki körpüdən aşırıb.Baş vermiş qəza nəticəsində avtomobildə olan sərnişinlər - Qax rayonu İlisu kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Novruz İsa oğlu, Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Əkbərov Hikmət Qismət oğlu və Sirvan şəhər sakini, 1983-cü il təvəllüdlü Qasımov Nazim Nizami oğlu hadisə yerində ölüblər.Avtomobilin sürücüsü A. Nəzirov və digər sərnişinlər - Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü Zeynalov İlham Allahverdi oğlu və Qax rayonu İlisu kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Novruz İsa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.