Şirkət əməkdaşı ailəsi ilə birgə ağır qəzaya düşdü

3 avtomobilin toqquşması nəticəsində 1 ailənin 3 üzvü yaralanıb

Noyabrın 23-də Bakı şəhərinin Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Məzahir Rüstəmov küçəsində 1967-ci il təvəllüdlü Məmmədov Tahir Vahid oğlunun idarə etdiyi "BMV" (10 BT 048), 1978-ci il təvəllüdlü Əliyev Kənan Tehran oğlunun idarə etdiyi "Audi" (10 AZ 448) və 1981-ci il təvəllüdlü Əliyev Yusif Qüdrət oğlunun sürdüyü "Mersedes" (10 UM 280) toqquşub. Nəticədə "Audi" markalı avtomobilin sürücüsü, onun həyat yoldaşı Aysel Əliyeva və 4 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar "Azərsutikinti" xəstəxanasına yerləşdirilib.Qeyd edək ki, qəzaya düşmüş 10 AZ 448 nömrə nişanlı "Audi" "Azsığorta" dövlət şirkətinə məxsusdur. Avtomobili idarə edən K.Əliyev həmin şirkətdə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31