Bakıda avtomobil qarət edən şəxs 9 ay sonra ələ keçdi

Ötən il Bakıda vətəndaşın avtomobilini qarət edən şəxs tutulub. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə 2011-ci il iyulun 27-də Bakının Şıx çimərliyində baş verib. Şəhər sakini Fazil Məmmədova məxsus "Honda" markalı avtomobil naməlum şəxs tərəfindən qarət edilib . Avtomobilin şüşəsi sındırılaraq içərisindən 509 manat oğurlanıb. Səbael rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Тural Quliyev aprelin 18-də saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31