Bakıda radikal dini qrupa qarşı əməliyyat – ölənlər var
Əməliyyat nəticəsinbdə dini təmayüllü silahlı qruplaşma zərərsizləşdirilib
17 May 2012 15:54 KriminalMayın 17-nə keçən gecə hüquq-mühafizə orqanları Bakıda radikal dini qrupa qarşı növbəti əməliyyat keçirib. Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, metronun Qara Qarayev stansiyasının yaxınlığında keçirilən əməliyyat zamanı radikal dini təmayüllü silahlı qruplaşma zərərsizləşdirilib. Əməliyyat zamanı güc strukturlarına silahlı müqavimət göstərən dəstənin 2 üzvü məhv edilib, bir neçəsi isə xəsarət alıb. Dəstə üzvlərinin hamısı saxlanılıb. Əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşlarından xəsarət alanların olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31