İkiotaqlı ev külə dönüb

Kürdəmir rayonu, Dəyirmanlı kəndində  vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət birmərtəbəli evin 1 otağının  yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31