On otaqlı evin ikincı mərtəbəsi yandı

Qusar şəhərində vətəndaşa məxsus ümumi mənzildə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 168 kv.m olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 84 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31