Bakıda kişini rüsvayedici məlumatlarla hədələyən şəxslər saxlanılıb

Onlar Cəlil Əlizadədən 300 manat alarkən tutulublar

Bakı şəhər sakini Cəlil Əlizadə barəsində rüsvayedici məlumatlar yayacağı hədələyən şəxslər saxlanılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, mayın 16-da Cəlil Əlizadə Nərimanov RPİ 16-cı PB-yə müraciət edərək 2011-ci ilin noyabr və cari ilin fevral aylarında, Sumqayıt şəhər sakini Mais Məhərrəmov və Bakı şəhər sakini Pərviz Əhmədov barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ondan 5800 manat və 6400 avro pul almalarını bildirib.
Görülmüş tədbirlər nəticəsində mayın 16-da M.Məhərrəmov və P.Əhmədov eyni üsulla C.Əlizadədən 300 manat pul alarkən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31