Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Hadisənin baş vermə səbəbləri araşdırılır

Bakıda Səbail rayon Padamdar qəsəbəsində, N.Paşayev küçəsi, 100 ünvanındakı tikintidə çalışan fəhlə iş prosesində ölüb. Səbail rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini, 29 yaşlı Pərviz İsmayılov hündürlükdən yıxılaraq ölüb. Hadisənin nə səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31