Bakıda Türkiyə vətəndaşı döyülərək qarət edildi

Onu kafenin qarşısında döyüblər

Bakının Binəqədi rayonu ərazisində kafelərin birində Türkiyə vətəndaşı qarət edilib. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda yaşayan Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Özgür Balta Hüseynoğlu "İstisu" kafesinin qabağında bir neçə şəxs tərəfindən döyülüb.
Özgür Hüseynoğlunun sözlərinə görə, onu gecə vaxtı bin neçə nəfər saxlayıb. Ondan pullarını istəyiblər. Lakin Özgür Hüseynoğlu onlara heç nə verməyəcəyini bildirib. Yaranmış mübahisə nəticəsində 5 nəfər naməlum şəxs onu möhkəm döyüb. Özgürü huşsuz vəziyyətə salan şəxslər, onun cibindəki pullarını götürüblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma başlayıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31