Kabardin-Balkardan Azərbaycana gəlin gəlmiş qadın özünü öldürüb

Noyabrın 22-də Gəncə şəhərində intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda, Dosiyev küçəsi 101, mənzil 53-də yaşayan 1982-ci il təvəllüdlü Canburazova Mədinə Yusub qızı özünü tavandakı taxta dirəkdən asıb. Hadisənin səbəbləri hələlik məlum deyil.Məlumata görə, intihar etmiş 30 yaşlı M.Canburazova Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının vətəndaşıdır. Milliyətcə kabardin olan qadın bir müddət əvvəl Nalçikdən Gəncəyə gəlin köçüb. O Nalçikdə tikintidə işləyən azərbaycanlı kişi ilə ailə həyatı qurduqdan sonra Gəncədə məskunlaşıb.Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31