Moskvada iş adamını qarət edən azərbaycanlı və erməni quldur həbs edildi

Moskvada 27 yaşlı İmanov və 30 yaşlı Petrosyan familiyalı iki nəfər həbs edilib.
Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, quldurluq etməkdə ittiham olunurlar.
Məlumata görə, İmanov və Petrosyan Moskvadakı "Amitel" restoranlar şəbəkəsinin baş direktoruna silahlı basqın ediblər. Direktorun xidməti avtomobilini saxlayan basqınçılar maşında olan 16 milyon rublu (təxminə 530 min dollar) götürərək dövlət nömrə nişanı olmayan "Audi A6" markalı avtomaşınla aradan çıxa biliblər.
Amma Moskva polisi isti izlərlə basqınçıları yaxalaya bilib. İlkin araşdırma zamanı Petrosyanın hətta axtarışda olduğu belə üzə çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31