İki il əvvəl törədilən cinayətin üstü açılıb

Bakının Nəsimi rayonunda iki il əvvəl baş verən oğurluq cinayətinin üstü açılıb. Bu barədə "Azadinform"a Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən məlumat verilib. Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il dekabrın 11-də Elnur İsmayılova məxsus "Hyundai" markalı avtomaşından 1 ədəd mobil telefon oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazir İmanov tutulub.
Faktla bağlı cinayət işi başlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31