Evdə qumarxana aşkarlandı

Bakıda evlərdən birində qumarxana fəaliyyət göstərməsi aşkarlanıb. Bu barədə "Azadinform"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bakı Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ramiz Ərəbxanov Cəlil adlı şəxslə birgə Cavadxan küçəsindəki evlərin birində qumarxana saxlamaları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31