Nəqliyyat Departamentinin əməkdaşı bıçaqlandı
22 Noyabr 2012 13:13 KriminalBakının Binəqədi rayonunda hakimiyyət nümayəndəsinin qanı axıdılıb.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə noyabrın 21-də saat 08:20 radələrində "Xəqani-Petrol" yanacaqdoldurma məntəqəsində baş verib.
Füzuli rayon sakini olan 41 yaşlı Elmir Atakişiyev ərazidə xidmət aparan Nəqliyyat Departamentinin əməkdaşı Fəxrəddin Cəlilova ölümcül bıçaq zərbələri vurub. Qarnından və qolundan bıçaq xəsarəti alan F.Cəlilov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə, müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31