Ağsuda qaz sızmasından partlayış olub, ölən var

Ağsuda qaz sızmasından partlayış olub, ölən var.Ağsu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Natavan küçəsi, ev 1/1-də yaşayan 1970-ci il təvəllüdlü Elşən Nuriyev hamamda çimərkən qaz sızmasından partlayış baş verib.
Ağır xəsarət alan Nuriyev Bakıdakı 5 saylı Klinik Xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31