Avtomobil qaçıran şəxslər saxlanılıblar

Bakıda avtomobil qaçıran şəxslər saxlanılıblar.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, noyabrın 21-nə keçən gecə Bakının Nizami rayonu ərazisində yaşayan Şövkət Babayevə məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılıb.
Nizami RPİ-nin 24-cü polis bölməsi və Xətai RPİ-nin 35-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Murad Rüstəmov və Əliyar Məhərrəmov saxlanılıb.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların noyabr ayının 21-də Bakı şəhər sakini Bəxtiyar Xəlilova məxsus mağazadan 2 ədəd mobil telefon, 280 manat pul, 1 ədəd kamera, danışıq və internet kartları oğurlamaları da müəyyən edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31