Bakıda silahlı insident oldu

Yasamal rayonunda Rusiya vətəndaşı gülləbaran edilib

Bakının Yasamal rayonu ərazisində atışma olub. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Rusiya vətəndaşı 40 yaşlı Müşfiq Atabala oğlu Xəlilov naməlum şəxs tərəfindən gülləyə tutulub. Hadisə Şərifzadə küçəsi 31/48, bina 82 a, mənzil 32 ünvanında baş verib.Hadisə gecə saat 00:30 radələrində qeydə alınıb. Xoşbəxtlikdən, güllələrdən heç biri ona dəyməyib.Faktla bağlı ətraflı məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31