Hamamda güclü partlayış: ölən var

Noyabrın 21-də Ağsu rayonunda qaz sızmasından güclü partlayış baş verib.Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ağsu şəhərinin Natəvan küçəsində 1970-ci il təvəllüdlü Nuriyev Elşən Paşa oğlu hamamda olarkən güclü partlayış baş verib. 42 yaşlı kişi ağır vəziyyətdə Bakıya, 5 saylı şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlər E.Nuriyevin həyatını xilas edə bilməyib.
Hadisənin qaz sızmasından baş verdiyi bildirilir. Fakt üzrə araşdırmalar aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31