“Park Plus” ticarət mərkəzi yandı!
22 Noyabr 2012 10:17 KriminalNoyabrın 22-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, hər mərtəbəsi 1500 kvadrat metr olan üçmərtəbəli "Park Plus" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kvadrat metr olan sağlamlıq mərkəzində qeydə alınıb.Mərkəzin saunasının taxta üzlüyü 12 kvadrat metr sahədə, dəhlizin və 3 otağın tavanı 102 kvadrat metr sahədə yanıb.Sağlamlıq mərkəzinin qalan hissəsi və digər kabinetlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31