Polis qanunu pozdu - VIDEO

Noyabrın 21-də saat 14 radələrində Səbail rayonu, İstiqalaliyət küçəsində, Bakı Şəhər İcra Hakimiyətinin qarşısında yolun kənarında saxlamış "VAZ-2107" markalı avtonmobil yol polis evakuatoru ilə cərimə meydançasına aparılıb."Qafqazinfo"nun məlumatına görə, maşın evakuotora qoyularkən avtomobilin sürücüsü özünü hadisə yerinə çatdırsa da, onun gəlməsi heç nəyi dəyişmədi. Sürücü maşının yanında olduğuna görə polis əməkdaşına maşını cərimə meydanına aparması qanuna ziddir. Lakin polis buna əhəmiyət verməyərək maşını cərimə meydançasına aparıb.
İnzibati Xətalar Məcəlləsinin 407-ci maddəsində göstərilir ki, dayanma, durma qaydalarını pozan nəqliyyat vasitəsinin sahibi yanında olmayanda, həmin nəqliyyat vasitəsi duracağa göndərilir.Məcəllənin 407.2-ci maddəsinə əsasən üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış müvafiq icra hakimiyyəti orqanının əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya xətaya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi onun sahibinə qaytarılır. Bu müddət ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi mühafizə olunan duracağına gətirilir.
Burada isə polisin tam qanundan kənar hərəkətinin şahidi oluruq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31