Dağıstanın Unsukulski rayonunda bank partladılıb. Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində iki mühafizəçi və bir bank işçisi həlak olub, bir neçə nəfər yaralanıb. Məlumata görə, bank uzaqdan idarə olunan mina nəticəsində partladılıb. Hazırda bankı partladanların axtarışı gedir.
Partlayışda ağır yaralananlar isə Mahaçqalaya aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31