Bakıda restoran yandı: yaralılar var

Bu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 150 kvadrat metr olan "Balıq evi" restoranının mətbəxində lambirdən ibarət tavanı yanıb. Restoranın 2 nəfər işçisi yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31