Rusiyada adam öldürən qatil Azərbaycanda tutuldu
21 Noyabr 2012 15:23 KriminalRusiyada adam öldürdüyü üçün axtarışa verilən qatil azərbaycanlı Şəmkirdə həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Qalib Məmmədov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31