Yardımlıda dələduz baş redaktorun əməlləri üzə çıxıb

“Demokratik quruluş” jurnalının rəhbəri vətəndaşdan 368 manat alıb

Yardımlıda "reket" baş redaktorun dələduzluğu faktı ortaya çıxıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir  ki, noyabrın 20-də Yardımlı rayon sakini Bəhruz Baxışov RPŞ-yə müraciət edərək, noyabr ayının 8-də özünü "Demokratik quruluş" beynəlxalq ictismai-siyasi jurnalının baş redaktoru kimi təqdim edən Tərlan Məmmədov tərəfindən aldadılaraq, 368 manat pulunun alınmasını bildirib. Araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31