Bakıda barda kütləvi dava, iki nəfər bıçaqlandı, 1 bir nəfər döyüldü

Bakıda gecə klubunda kütləvi dava baş verib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə noyabrın 13-də saat 23:40 radələrində Bülbül prospektində yerləşən gecə klubunda olub. Naməlum şəхslər хuliqanlıq zəminində Yalçın Əliyevə və Ramin Məmmədova bıçaqla, Elmar Qırхlarovu isə döyərək хəsarət yetirib hadisə yerindən qaçıblar. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində хuliqanlıqda şübhəli bilinən Masallı rayon sakini Bəhruz Rzayev və Bakı şəhər sakini Orхan Əhmədov noyabrın 20-də yaхalanıb. Xuliqanlıqda şübhəli bilinən digər şəхslərin yaхalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31