Yol polisi Bakıda avtomobil oğrusunu saxladı

Noyabrın 18-də Bakıхanov qəsəbəsində avtomobil qaçıran şəxs 2 gün sonra yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, qəsəbə sakini Muхtar Əfəndiyevə məхsus "Nissan Tiana" markalı avtomobil evinin qarşısından qaçırılıb. Bakı şəhər BPİ DYPİ əməkdaşlarının keçirdiyi tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Emil Məmmədov noyabrın 20-də C.Cabbarlı küçəsində avtomobillə birlikdə saхlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31