Özünü FHN əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul mənimsəyən şəxs tutulub

Hələlik onun barəsində 12 nəfər şikayət edib

İmişli polisi camaatı aldadaraq, dələduzluq yolu ilə külli miqdarda pul mənimsəyən şəxsi tutub. İmişli RPŞ-nin istintaq bölməsinin rəisi Elnur Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, tutulan şəxs özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək rayon sakinlərindən pul alırmış.
Belə ki, vətəndaşalrın şikayəti əsasında İmişli rayon sakini, 1967-ci il təvəllüdlü Mirağa Miri oğlu Miriyev saxlanıb. M.Miriyev özünü FHN-nin əməkdaşı kimi təqdim edərək əhalini aldadıb. Kür daşqınlarından zərər çəkən vətəndaşlardan 2011-2012-ci illərdə dələduzluq yolu ilə 20 min manata qədər pul alıb və söz verib ki, onlar üçün yeni evlər tikəcək. Hələlik onun barəsində 12 nəfər şikayət edib. İstisna olunmur ki, aldadılmış vətəndaşların sayı arta bilər.
Qeyd edək ki, Mirağa Miriyev əvvəllər də dələduzluq üzündən məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31