Qobustan həbsxanasında ömürlük həbsə məhkum edilmiş şəxs intihar edib

Noyabrın 21-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasında intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, müəssisədə cəza çəkən 1962-ci il təvəllüdlü Məmmədov Elşən Əsəd oğlu özünü kameranın nəfəsliyindən asıb.Məlumata görə, E.Məmmədov Cinayət Məcəlləsinin 120-ci maddəsinin müxtəlif bəndləri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31