Bakıda sərnişin avtobusu TIR-la toqquşdu, yaralılar var
21 Noyabr 2012 10:21 KriminalBakının Nərimanov rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, bu gün səhər saatlarında Keşlə bazarının yaxınlığında 15 saylı sərnişin avtobusu ilə TIR toqquşub. Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.Xəstəxanadan Milli.Az-a bildirildi ki, qəza zamanı biri qadın, digəri kişi olmaqla iki yaralı gətirilmişdi. Hər iki yaralıya tibbi yardım göstərildikdən sonra ambulator müalicə təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31